Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
GİRİŞ
Kitab Azərbaycan və onun hüdudlarından kənarda, tarixin əsas hadisələri və şəxsiyyətləri ilə sıx bağlı olan Qurdoğlu ailəsinin olduqca maraqlı tarixinə həsr olunub. Əsər gündəlik həyatın bədii təsviri ilə başlayır, oxucuya şəxsi və ailə dramının tam dərinliyini açır. Müəllif Qurdoğlu nəslinin zəngin tarixinə baş vuraraq, əcdadlarının irsini araşdırır.
İnsanların dramatik talelərinin nəqli vasitəsilə qarşımızda böyük qəhrəmanlıq, sədaqət və faciələrlə dolu həyat mənzərəsi canlanır. Tarixi roman təkcə keçmişə ədəbi səyahət deyil, həm də gələcək nəsilllər üçün nadir mədəni irsin qorunub saxlanması, onu əlçatan və anlaşıqlı etmək cəhdidir.
Real hadisələrə əsaslanan bu əsər uzun illərin araşdırmalarının və müəllifin öz mənşəyinə dərin şəxsi bağlılığının nəticəsidir.
Kitab bizim qarşımızda böyük bir dövrü, Azərbaycan xalqının adətlərini, inanclarını və dəyərlərini açır. Biz qədim ənənələrə toxunacaq və onların tarixi hadisələr və qəhrəmanların şəxsi dramları ilə necə qarışdığını görəcəyik.
Beləliklə, zaman və məkandan keçməklə, inanılmaz səyahətə hazır olun, vəhşi heyvanların cəsarətini və ruhunun gücünü qanına hopdurmuş Qurdoğlu nəslinin heyrətamiz hekayəsini özünüz üçün kəşf edin.
Müəllifdən
Həyatda elə bir an gəlir ki, adi bir gün getdikcə daha da yorucu və anlaşılmaz olur, sanki, səninlə heç bir əlaqəsi olmayan hadisələr səni yükləməyə başlayır.
Kompüterin arxasında oturarkən, fizika və proqramlaşdırmanın naməlum qanunlarına görə internet yoxa çıxır və sən heç cür yuxuya gedə bilməyən uşağa nəzarət etməklə, musiqi sədaları altında özünün qədim köklərini axtarmağa başlayırsan.
Azca şirin albalı içkisindən stəkanına süzərək, köpüyün yatmasını gözləyirsən, tarixin bu böyük “Çin” səyahətinə necə başlayacağını və vaxtdan maksiumum necə faydalı istifadə edəcəyin düşünürsən.
Xoşbəxtlikdən və ya təəssüf ki, tarixi faktlarla, keçmişin böyük hadisələri ilə dolu bir yaddaşı təzələmək istəyi yalnız indi, Qars bölgəsi ilə bağlı 1914-cü il tarixli “Yaddaş kitabçası”ndakı hərbi-xalq idarəsi bölməsində, ulu babanın – Kərbəlayi Rüstəmin oğlu Mustafanın adına təsadüdən rast gələndə yarandı.
Romanı qələmə alarkən “Əli və Nino” kitabı məni çox ruhlandırdı. Burada Əli Xan Şirvanşirin hekayələri ilə öz əcdadlarımın başına gələnlər arasında çoxsaylı bənzərlik tapmışdım.
Düşünürəm ki, həyat keçmişlə bağlı vacib məlumatları gələcək naminə yeni nəsillərə ötürmək üçün çox qısadır.
Ola bilsin ki, nəhayət yuxuya gedən oğlumu Qurdoğlu nəslinin banisinin kim olması, Qacarların Herata yürüşündə kimlərin iştirak etməsi, Qarsda türbənin — məşhur seyidin məqbərəsinin tikintisinə maliyyə dəstəyi almaq üçün Hacı Zeynalabdin Tağıyevlə kimin görüşməsi maraqlandırmayacaq.
İnsanlar çox vaxt öz kökləri və məşhur əcdadları ilə maraqlanırlar, lakin bəziləri hərdən nağıllar uydururlar.
Mən bunu etmək fikrində deyiləm. Missiyam yalnız ailəmin həqiqi tarixini heç bir təhrifə yol vermədən, böyüklərimdən eşitdiyim şəkildə gələcək nəsillərə saxlamaqdır.
Əmim oğlu ilə məsləhətləşdikdən sonra qərara gəldim ki, onu tarixi qeydlər şəklində qoruyub saxlayım.
Ola bilsin ki, 50 və ya 100 ildən sonra kimsə İnternetdə bu məlumatla qarşılaşacaq və onu faydalı hesab edəcək.
Məqsədim yalnız həqiqi olan məlumatları qorumaq və çatdırmaqdır.
Elşən Rüstəmov, Qurdoğlu nəslindən
Bakı 15.02.2020